Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında dördüncü gününün döyüşlərinə start verilib.
SİA-nın məlumatına görə, Azərbaycan millisinin idmançısı Xanoğlan Kərimov mundiala qələbə ilə başlayıb.
63 kq çəkidə mübarizə aparan təmsilçimiz debüt görüşündə Alfredo Martinslə (Portuqaliya) qarşılaşıb. 1/64 final mərhələsi çərçivəsində baş tutan döyüş Kərimovun asan qələbəsi ilə yekunlaşıb – 2:0.
Taekvondoçumuz 1/32 finalda Zakariya Muhammed Qali (Səudiyyə Ərəbistanı) ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu gün həmçinin qadın taekvondoçular +73 kq çəkidə qüvvələrini sınayırlar. Dünya çempionatı iyunun 4-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB