Beynəlxalq Şahmat Federasiyasının iyun ayı üçün reytinq cədvəli açıqlanıb
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) iyun ayı üçün reytinq cədvəli açıqlanıb. SİA xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov (2747 xal) üç pillə geriləyərək 13-cü yerə düşüb.
Şəhriyar Məmmədyarov (2740 xal) bir sıra irəliləyərək 15-ci, Qədir Hüseynov (2661) 3 pillə geriləyərək 83-cü olub. Rauf Məmmədov isə "100-lüy"ü tərk edib.
Siyahıya norveçli Maqnus Karlsen (2853) liderlik edir. Fransalı Alireza Firuzca (2786) 2-ci, son dünya çempionu çinli Din Liren (2780) isə 3-cüdür.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2456) 25-ci, Ülviyyə Fətəliyeva (2401) 53-cü, Xanım Balacayeva (2368) 80-ci, Gülnar Məmmədova (2357) 85-ci, Gövhər Beydullayeva (2355) 89-cu pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB