"Sevilya" 7-ci dəfə UEFA Avropa Liqasının qalibi olub - YENİLƏNİB

UEFA Avropa Liqasında (AL) 2022/2023 mövsümünün qalibi müəyyənləşib. SİA-nın məlumatına görə, Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilən final oyununda İtaliya "Roma"sına qalib gələn İspaniya "Sevilya"sı tarixində 7-ci dəfə titula sahib çıxıb.

Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk qolu 35-ci dəqiqədə "canavarlar" vurublar. Paulo Dibala fərqlənib. 55-ci dəqiqədə La Liqa təmsilçisi tarazlığı bərpa edib. "Roma"nın heyətində Canluka Mançini avtoqol müəllifi olub. Qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb. Burada da hesab dəyişmədiyi üçün penaltilər seriyasından istifadə olunub. 11 metrlik cərimə zərbələri zamanı daha dəqiq (4:1) oynayan ispaniyalılar turnirin qalibi olublar.

UEFA Avropa Liqası
Final
31 may

23:00. “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) - 1:1 (PENALTİLƏR SERİYASINDA - 4:1)
Qollar: Paulo Dibala, 35
Baş hakim: Entoni Teylor (İngiltərə)
Budapeşt, “Puşkaş Arena”

Bütün xəbərlər Facebook səhifəmizdə