“Fənərbaxça” “Sabah” və “Qəbələ”yə rəqib ola bilər

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Qəbələ” və “Sabah”ın daha bir potensial rəqibi müəyyənləşib. SİA xəbər verir ki, II təsnifat mərhələsində qərarlaşan klublarımız Türkiyənin digər komandası “Fənərbaxça”nın mümkün rəqibləri olub.

Buna səbəb “Fənər”in Super Liqada mövsümü 2 və ya 3-cü yerdə tamamlamağı təmin etməsidir. Konfrans Liqasında II təsnifat mərhələsindən yarışa qoşulacaq “sarı-lacivərdlilər” püşkdə səpələnmişlərdə yer alacaq. “Beşiktaş” kimi, İstanbulun digər nəhəngi də “Qəbələ” və “Sabah”ın mümkün rəqiblərindən olacaq.

Qeyd edək ki, iyunun 21-də II təsnifat mərhələsinin püşkü atılacaq. Bu mərhələnin oyunları iyulun 27-də və avqustun 3-də keçirəcəklər.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi

Səpələnmişlər: “Brügge” (Belçika), “Bazel” (İsveçrə), “Gent” (Belçika), “Fənərbağça” (Türkiyə), PAOK (Yunanıstan), “Makkabi (Təl-Əviv, İsrail), “Viktoriya” (Çexiya), “Budo-Qlimt” (Norveç), “Lex” (Polşa), “Hapoel” (Beer-Şeva, İsrail), “Yurqarden” (İsveç), APOEL (Nikosiya, Kipr), “Beşiktaş” (Türkiyə), “Riyeka” (Xorvatiya), “Gimaraeş” (Portuqaliya), “Styaua” (Rumıniya), “Legiya” (Polşa), “Rusenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya), AEK (Larnaka, Kipr), “Omoniya” (Kipr), “KuPS” (Finlandiya), “Neftçi” (Azərbaycan), “Osiyek” (Xorvatiya), “Aris” (Saloniki, Yunanıstan)

Qeyri-müəyyən: “Petrokub” (Moldova).

Bütün xəbərlər Facebook səhifəmizdə