Azərbaycan Basketbol Liqasının qalibi bəlli oldu

Azərbaycan Basketbol Liqasında 2022/2023 mövsümünə yekun vurulub.

SİA Qol.az-a istinadən xəbər verir ki, "Sabah" və "Gəncə" komandaları bu gün final seriyasının 5-ci görüşündə üz-üzə gəlib. "Sərhədçi" İdman Mərkəzində keçirilən gərgin qarşılaşma paytaxt təmsilçisinin 86:85 hesablı qələbəsi ilə yekunlaşıb.

Final seriyasında hesabı 3:2 edən "Sabah" tarixində ilk dəfə Azərbaycan çempionu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə