"Liverpul" qapıçısı Adrianla müqaviləni yeniləyib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano özünün "Tvitter" səhifəsində yazıb. O, ispaniyalı qolkiperin yeni sözləşməsinin 1 illik olduğunu bildirib.

Qeyd edək ki, Adrian "Liverpul"a 2019-cu ildə "Vest Hem"dən keçib və ümumilikdə 26 oyunda meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə