Cavad Ağayev dünya çempionatında mübarizəni dayandırıb

Cavad Ağayev dünya çempionatında mübarizəni dayandırıb

Azərbaycan taekvondoçusu Cavad Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb. SİA xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Çin təmsilçisi Çenminq Ksyao ilə dueldən məğlub ayrılıb.

Ağayev əvvəlki raundda Eldar Kurmanaliyevi (Qırğızıstan) üstələmişdi.

Qeyd edək ki, yarış iyunun 4-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə