Bakıda taekvondo üzrə dünya çempionatı start götürüb. SİA-nın məlumatına görə, Bakı Kristal Zalında keçirilən yarışın ilk günündə Azərbaycan millisinin heyətində Cavad Ağayev mübarizəyə qoşulub.
68 kq çəkidə qüvvəsini sınayan 21 yaşlı taekvondoçu 1/32 final mərhələsində Eldar Kurmanaliyev (Qırğızıstan) üz-üzə gəlib. 2:0 hesabı ilə qələbə qazanan təmsilçimiz növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, iyunun 4-dək davam edəcək mundialda 145 ölkədən 949 idmançı qüvvəsini sınayacaq. Bu taekvondoçular yarışda 16 dəst medal uğrunda mübarizə aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB