Ramil Şeydayev “Qarabağ”dan getdi

“Qarabağ” Ramil Şeydayevlə yollarını ayırıb. SİA xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.

O bildirib ki, Şeydayev növbəti mövsümdən Ağdam klubunun sıralarında olmayacaq: “Ramillə vidalaşdıq. Nə o, bizdən ayrılmaq istəyirdi, nə biz ondan. Amma futbol belədir. Görüşüb sağollaşdıq. Ramil karyerasına başqa ölkədə davam edəcək”.

Qeyd edək ki, Ramil Şeydayevin Tailandın “Buriram Yunayted” klubuna keçəcəyi deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə