"Neftçi" "Sabah"a qalib gəldi, "Qarabağ" "Turan Tovuz"a qarşı

Bu gün Misli Premyer Liqasında 36-cı tura yekun vurulacaq.

SİA Qol.az-a istinadən xəbər verir ki, bununla da çempionatımızda 2022/23 mövsümü başa çatacaq.

Son oyun günündə artıq bir matç başa çatıb. "Neftçi" öz meydanında "Sabah"a qalib gəlib - 1:0.

Günün digər matçında çempion "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək. Bu oyun isə 19:30-da start götürəcək. Sözügedən oyunlarda "Qarabağ"a çempionluq, "Sabah"a 2-cilik, "Neftçi"yə isə 3-cülük mükafatları təqdim olunacaq.

28 may (bazar)

17:00. “Neftçi” – “Sabah” - 1:0

Qol: Emin Mahmudov, 10
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Eyyub İbrahimov, Fəridə Lütfəliyeva
“Bakcell Arena”

19:30. “Qarabağ” – “Turan Tovuz”
Hakimlər:
Əli Əliyev, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Rauf Allahverdiyev
“Azersun Arena”

27 may (şənbə)

“Səbail” – “Şamaxı” - 1:0

“Sumqayıt” – “Zirə” - 0:3

“Qəbələ” – “Kəpəz” - 1:1

N Klublar O Q H M T-F X
1 Qarabağ 35 27 6 2 88-24 87
2 Sabah 36 25 6 5 75-24 81
3 Neftçi 36 20 8 8 63-38 68
4 Qəbələ 36 13 11 12 47-47 50
5 Zirə 36 12 12 12 45-46 50
6 Turan Tovuz 35 10 9 16 35-46 39
7 Sumqayıt 36 8 7 21 26-70 31
8 Kəpəz 36 6 13 17 34-62 31
9 Səbail 36 7 8 21 32-62 29
10 Şamaxı 36 4 13 19 26-52 25

Bombardirlər:

Ramil Şeydayev ("Qarabağ") - 22 qol
Musa Qurbanlı ("Qarabağ") - 20 qol
Coy Lens Mikels ("Sabah") - 17 qol
Emin Mahmudov ("Neftçi") - 17 qol
Aleksey Kaşuk ("Sabah") - 16 qol

Bütün xəbərlər Facebook səhifəmizdə