Cüdoçumuz Rəşid Məmmədəliyev Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə gümüş medal qazanıb.
SİA Qol.az-a istinadən xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda Tohar Butbulla (İsrail) qarşılaşıb. Məmmədəliyev qızıl xal bölümündə cərimə xalına görə məğlub olub.
Qeyd edək ki, ilk yarış günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB