Türkiyə Kubokunda ilk finalçı məlum oldu

Türkiyə Kubokunda ilk finalçı məlum oldu

Türkiyə Kubokunda ilk finalçı müəyyənləşib. SİA xəbər verir ki, “Fənərbağça” yarımfinalda “Sivasspor”la güclü olaraq həlledici oyunda iştirak etmək hüququ qazanıb.

Səfərdə rəqibi ilə qolsuz heç-heçəyə razılaşan Xorxe Jezuşun komandası öz meydanında böyük hesablı qələbə qazanıb - 3:0.

“Fənərbağça”ya qələbə qazandıran qolları Ferdi Kadıoğlu, Mişi Batşuayi və Coşua Kinq vurublar. Komandanın finaldakı rəqibi ya “Başakşehir”, ya da “Ankaragücü” olacaq. İlk görüşdə “Başakşehir” minimal hesablı qələbə əldə edib - 1:0.

Bütün xəbərlər Facebook səhifəmizdə