“Borussiya”da yeni müqavilə

"Borussiya"nın müdafiəçisi Mats Hummels karyerasını Dortmund klubunda davam etdirəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

34 yaşlı almaniyalı futbolçu müqaviləsinin müddətini növbəti mövsümün sonuna kimi artırmağa razılıq verib.

Mats bu həftəsonu 2019-cu ildən bəri ilk Bundesliqa çempionluğunu qazana bilər. Dortmund "Borussiya"sı evdə "Maynts"a qalib gəlsə, qızıl medala sahib çıxacaq. Son tur ərəfəsində "Bayern" "Borussiya"dan 2 xal geri qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə