Mbappe PSJ-də qalsa...

PSJ-nin futbolçusu Kilian Mbappe klubdan ayrılmasa, böyük məbləğdə bonus alacaq.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. Hücumçu bu yay Paris təmsilçisində qalsa, 90 milyon avro bonus alacaq.

Kilianın PSJ-dən narazı olduğu qeyd edilir. Keçən yay klubun transfer bazarındakı işi onu qane etməyib. Bu, təkcə komandaya gələn oyunçularla bağlı deyil, klubu tərk edənlərə də aiddir. Üstəlik, Mbappeni PSJ-nin mövsüm başlamazdan əvvəl ona lazım olan bonusu ödəməməsi də əsəbiləşdirib.

Fransalı futbolçu bu mövsüm PSJ-nin heyətində 41 oyunda 40 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə