Vinisiusun qırmızı vərəqəsi ləğv edildi

Vinisiusun qırmızı vərəqəsi ləğv edildi

“Real”ın braziliyalı futbolçusu Vinisius Juniorun “Valensiya” ilə matçda aldığı qırmızı vərəqə ləğv edilib. SİA xəbər verir ki, bu barədə İspaniya İdman Yarışları Komitəsi qərar qəbul edib.

Uzun müzakirələrdən sonra həmin matçın hakimlərinin yanlış qərar verdiyi qənaətinə gəlinib.

Vinisius bu gün “Rayo Valyekano”ya qarşı keçiriləcək matçda meydanda olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə