"Mayın 29-da başlayacaq taekvondo üzrə turnirdə 13-8 kişi və 5 qadın idmançımız iştirak edəcək. Hazırlıqlarımız bugünə qədər davam edirdi". Bu sözləri SİA-nın sorğusuna cavab olaraq taekvondo üzrə kişilərdən ibarət komandanın böyük məşqçisi Elnur Amanov deyib.
O bildirib ki, artıq bugündən etibarən demək olar ki, məşqlər yekunlaşır. Yüngül məşqlərə keçid etmişik. Əhval-ruhiyyə yüksək səviyyədə, hər şey qaydasındadır. İdmançılarımız çalışacaq ki, həqiqətən zövq verəcək və gözəl bir yarış nümayiş etdirsinlər".
7 gün davam edəcək çempionatda ölkəmizi Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakorava (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcəklər. İdmançılar Bakı Kristal Zalında qələbə uğrunda mübarizə aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB