"Məqsədimizə çatdığımız üçün sevinirik" - Güllü Ağalarzadə

"Məqsədimizə çatdığımız üçün sevinirik" - Güllü Ağalarzadə

“Qarşıda Dünya Kuboku var, eyni zamanda, Valensiyada dünya çempionatı keçiriləcək. Dünya çempionatında olimpiadaya lisenziya qazanmaq şansı olacaq. İnanırıq ki, bu lisenziyanı qazana biləcəyik”. SİA xəbər verir ki, bu sözləri bədii gimnastika üzrə Azərbaycan millisinin üzvü Güllü Ağalarzadə mətbuat konfransında deyib.

O, Bakıda keçirilən 39-cu Avropa çempionatında qrup hərəkətləri komandasının qızıl medal qazanmasını yüksək dəyərləndirib: "Doğma Vətənimizdə Avropa çempionatının keçirilməsinə çox sevindik. Bu, bizim üçün qürurludur. Qızıl medal qazanmaq istəyirdik, bunun üçün çox çalışırdıq. Məqsədimizə çatdığımız üçün də sevinirik. Bizi dəstəkləyən hər kəsə - Azərbaycan Gimnastika Federasiyasına, valideynlərimizə, fan-kluba təşəkkürümüzü bildiririk. Bu emosiyaları sözlə ifadə etmək çətindir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə