"Sevinirəm ki, vətənimdə qızıl medal qazandım" - Gimnast Güllü Ağalarzadə
"Komandamızda hər gimnast çalışır ki, digər yoldaşlarına müsbət yöndə təsir etsin". SİA xəbər verir ki, bu sözləri 39-cu Avropa çempionatında qızıl medal qazanmış gimnast Güllü Ağalarzadə deyib.
O bildirib ki, komanda yoldaşları bir-birinə yüksək motivasiya verməyə çalışır: "Qeyd edim ki, yarış zamanı valideynlərimin gəlib oyunuma baxmağı mənə daha çox motivasiya verir. Onlara bizə göstərdikləri dəstəkləri üçün təşəkkür edirik. Bu heç vaxt mənim kompozisiyama mənfi təsir edə bilməz. Qızıl medal qazanmağım məsuliyyətimi daha da artırdı. Çox sevinirəm ki, vətənimizdə belə bir qürura sahib oldum".
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB