"Polşadakı beynəlxalq turnir Avropa Oyunları ərəfəsində ciddi sınaqdır" - QURUM RƏSMİSİ DANIŞDI

"Polşadakı beynəlxalq turnir Avropa Oyunları ərəfəsində ciddi sınaqdır" - QURUM RƏSMİSİ DANIŞDI

"Komanda ilboyu yarışlara hazırlıq keçir. Hədəf hər yarışda Azərbaycanı uğurla təmsil etməkdir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Boks Federasiyasının mətbuat katibi Tahir Hümmətov deyib.

O bildirib ki, beynəlxalq turnirlərdə iştirak böyük yarışlara hazırlıq xarakteri daşıyır: "Komandada hər şey əladır. Nə fiziki, nə psixoloji cəhətdən problemimiz yoxdur. Əksinə, qadın boksçularımız son yarışlarda qazandığı uğurlarla sabaha nikbin baxmağa gözəl zəmin yaradıb".

Qurum rəsmisi 22-26 may tarixlərində Polşanın Pultusk şəhərində baş tutacaq beynəlxalq boks turniri haqqında danışarkən milli komandanın bu turnirə də bütün yarışlara hazırlaşdığı kimi hazır olduğunu qeyd edib: "Komandamız müəyyən müddəti idi ki, təlim-məşq toplanışında idi. Əsas hədəf Polşada maksimum nəticədir və yarışa yollanan hər bir boksçumuza inanırıq. Bu həm də Polşada keçiriləcək Avropa Oyunları ərəfəsində ciddi sınaqdır. Yarışda əgər hansısa çatışmazlıq olarsa, bunun üzərində işləniləcək".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə