"Xatirə Kuboku" turnirində II dövrəyə yekun vurulub

"Xatirə Kuboku" turnirində II dövrəyə yekun vurulub

Bu gün “SƏS” Media Qrupunun təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan KİV komandaları arasında keçirilən futzal üzrə “Xatirə Kuboku” turnirində II dövrənin oyunlarına yekun vurulub. SİA xəbər verir ki, II dövrənin ikinci günündə Bakı vaxtı saat 12:00-da start götürmüş Xalq qəzeti - APA İA arasında oyun 2:3 hesabı ilə başa çatıb. APA İA komandası qələbə qazanıb. Daha sonra Trend İA və AzTV komandaları arasında yarış keçirilib. AzTV 0:3 hesabı ilə üstünlüyə sahib olub. "İki sahil" qəzeti və AzərTAC arasında keçirilən üçüncü oyun isə AzərTAC komandasının qələbəsi ilə sonlanıb. Bu oyunda da hesab 0:3 olub.

Günün sonuncu matçı İdmanxəbər.az – “Yeni Müsavat” qəzeti komandaları arasında baş tutub. Oyun 0:3 hesabı ilə "Yeni Müsavat" qəzetinin xeyrinə nəticələnib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə