Mayın 20-də “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının "Sabah" və "Gəncə" komandaları arasında final seriyasının ilk oyunu keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, oyuna üstün başlayan "Gəncə" basketbolçuları bu üstünlüyü sona qədər qoruyub saxlaya bilməyiblər. İkinci hissədə geri dönüş edən paytaxt klubu "Sabah" yekunda 71-69 hesablı qələbə qazanıb. Bu qələbə ilə "Sabah" seriyadakı hesabda 1-0 önə keçib. Final seriyasının ikinci oyunu mayın 22-də saat 19:30-da baş tutacaq. Ən məhsuldar basketbolçular: "Sabah" (Entoni Patti - 12 xal, 12 ribaund), "Gəncə" (Kollin Törner - 17 xal, 11 asist).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB