Bu gün “SƏS” Media Qrupunun təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan KİV komandaları arasında keçirilən futzal üzrə “Xatirə Kuboku” turnirində II dövrənin oyunları keçirilib. SİA xəbər verir ki, II dövrənin ilk günündə Bakı vaxtı saat 12:00-da start götürmüş "SƏS" MQ - "Teleqraf" MQ arasında oyun 2:4 hesabı ilə başa çatıb. "Teleqraf" MQ komandası qələbə qazanıb. Daha sonra ARB TV və Xəzər TV komandaları arasında yarış keçirilib. ARB TV 2:1 hesabı ilə üstünlüyə sahib olub. ATV və Report İA arasında keçirilən üçüncü oyun isə ATV komandasının möhtəşəm qələbəsi ilə sonlanıb.
Günün sonuncu matçı “Futbol+”qəzeti – “Təzadlar” qəzeti komandaları arasında baş tutub. Oyun 9:4 hesabı ilə "Futbol+" qəzetinin xeyrinə nəticələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB