Azərbaycan Cüdo Federasiyasının media ilə görüşü keçirilib - YENİLƏNİB-FOTOLAR
18 may tarixində Azərbaycan Cüdo Federasiyasının media ilə görüşü keçirilib. SİA xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsulov, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli iştirak edib. Keçirilən görüşün məqsədi Dünya çempionatının nəticələri barədə jurnalistlərin suallarını cavablandırmaqdır.
Görüşdə Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu dünya çempionatında əldə olunan nəticənin federasiyanı qane etmədiyini bildirib: "İdmançılarımızın potensialından çıxış edərək yüksək nəticələrin olacağına inanırdıq. Dünya çempionatında 4 qadın cüdoçumuz iştirak etmişdi. Biz kişi yığma komandasına olduğu kimi, qadınlardan ibarət yığmamıza da diqqət və qayğı ilə yanaşırıq. Əminik ki, qadınlardan ibarət yığmamız gələcəkdə çox yaxşı nəticələr əldə edəcək".
Qeyd edək ki, Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatını Azərbaycan millisi bir medalla başa vurub. Zelim Kotsoyev (100 kq) komandamıza bürünc medal qazandırıb.
Baş katib eyni zamanda qeyd edib ki, dünya çempionatında 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Balabəy Ağayevin yol verdiyi ciddi səhvə görə məşqçi günahkar deyil: "Onun finala yüksəlmək ehtimalı böyük idi. Lakin ciddi səhvlərə görə, nəticə əldə edə bilmədi. Çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə Turan Bayramov ötən il gənclər arasında təşkil olunan mötəbər yarışlarda layiqlı çıxış etmişdi. O, dünya çempionatında uduzsa da, çıxışı qənaətbəxşdir. Təbii ki, biz Beynəlxalq Cüdo Federasiyasının Hakimlər Kollegiyasını tənqid edə bilmərik. Cüdoçumuz görüşdə məğlub olduğu üçün mərhələ adlaya bilmədi.
Qeyd edək ki, Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatını Azərbaycan millisi bir medalla başa vurub. Zelim Kotsoyev (100 kq) komandamıza bürünc medal qazandırıb.
Rəşad Rəsullu Orxan Səfərovun əvvəlki formasında olmadığını və hazırda inkişaf etmədiyini də deyib: "Onun yığmadan uzaqlaşdırılması məsələsinə gəldikdə, hər şey ola bilər. İdmançının motivasiyası yüksək olmalıdır. Lakin biz artıq bunu onda görmürük".
Milli komandamızın üzvü Hidayət Heydərovun çox istedadlı idmançı olduğunu bildirən baş katib qeyd edib ki, o dünya çempionatında zədələnsə də, bunu nə bizə, nə də hakimlərə bildirməyib: "Lakin çempionatın səhəri günü onun belində ikinci dərəcəli yırtıq olduğu müəyyən edilib. Bu səbəbdən cüdoçu bir müddət məşqlərə davam edə bilməyəcək.
Cüdo üzrə yığmamızda ən problemli məsələ 66 kiloqram çəki dərəcəsidir. Bu məsələ ilə bağlı məşqçilərlə danışıb, ortaq qərar verəcəyik".
Bu çəki dərəcəsində digər ölkələrin milli komandalarında da problemin olduğunu diqqətə çatdıran R.Rəsullu vurğulayıb ki, bu kateqoriyada reytinq cədvəlində ilk iki pillədə Yaponiya təmsilçiləri yer alıblar: "Kəramət Hüseynov istedadlı cüdoçudur. Lakin o nizam-intizam qaydalarını ciddi şəkildə pozur. Federasiya olaraq onunla söhbət edib, öz potensialından istifadə etməli olduğunu bildirmişik. Lakin onun davranışları bizi qane etmir".
Sonda cüdoçularımızın dünya çempionatındakı çıxışları video-çarx şəklində göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB