“Məlum olduğu üzrə, bu il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Bununla bağlı silsilə tədbirlər həyata keçirilir. Azərbaycanın inkişafının böyük bir hissəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”. SİA xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Dövlət Sosial Müdafiə Fondunun Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə pensiya və sosial müavinət alan şəxslər arasında təşkil etdiyi Ümumrespublika Şahmat Turnirinin final mərhələsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ulu öndər idmanın inkişafına xüsusi önəm verirdi: “Həmin vaxtdan şahmat xüsusilə inkişaf etməyə başladı. Şahmat oyunu əlbəttə ki, bir mübarizə, iradə və əzmkarlıqdır. Bu oyunda məhdud vaxt kəsimində vacib qərarlar vermək lazımdır. Şahmat ulu öndərin şəxsiyyətini səciyyələndirən oyunlardan biri idi”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB