"Balabəy Ağayev yarışda ciddi səhvlərə yol verdi"

"Balabəy Ağayev yarışda ciddi səhvlərə yol verdi"

"Dünya çempionatında iştirak edən kişi yığmamız barədə də fikirlərimizi bildirmək istərdim. Öncəliklə 60 kq çəkidə Balabəy Ağayev barədə onu demək istərdim ki, onun dünya çempionatında yol verdiyi ciddi səhvə görə məşqçi günahkar deyil. Çünki onun finala çıxma ehtimalı çox böyük idi. Lakin o bu yarışda ciddi səhvlərə yol verərək nəticə əldə edə bilmədi". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsulov qeyd edib.

R. Rəsulov bildirib ki, daha sonra 60 kq çəkidə çıxış edən Turan Bayramov ötən il keçirilən gənclər arasındakı görüşdə yetərincə layiqlı çıxış etmişdir: "Bizə görə dünya çempionatında da Turan uduzsa belə çox yaxşı çıxış etmişdir. Təbii ki, biz Beynəlxalq Cüdo Federasiyasının Hakimlər kollegiyasını tənqid edə bilmərik. Lakin Turan çıxdığı görüşdə uduzdu və yarış finala belə çıxa bilmədi.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə