"Hazırda yığmada ən problemli çəkimiz 66 kq-dır" - QURUM RƏSMİSİ AÇIQLADI

"Hazırda yığmada ən problemli çəkimiz 66 kq-dır" - QURUM RƏSMİSİ AÇIQLADI

"Bizim hazırda yığmada ən problemli çəkimiz 66 kq-dır. 66 kq-larla bağlı məşqçilər heyəti ilə müəyyən qərar verəcəyik. Nəticə vermək baxımından ən ağır çəkidir". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsulov jurnalistlərlə keçirilən görüş zamanı bildirib.

O qeyd edib ki, indinin özündə də biz barədə həll yolları fikirləşirik: "Bugünkü gündə ən istedadlı cüdoçumuz Kəramət Hüseynovdur. Amma təəssüf ki, öz üzərində işləmir. Onun intizamı bizi qane etmir. Biz əminik ki bu çəkidə Avropa oyunlarına lisenziya qazanacağıq. Amma medal qazanmaq bir qədər çətin olacaq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə