"Dünya çempionatında əldə olunan nəticələr bizi qane etmədi" - QURUM RƏSMİSİ BİLDİRİB

"Dünya çempionatında əldə olunan nəticələr bizi qane etmədi" - QURUM RƏSMİSİ BİLDİRİB

"Dünya çempionatında əldə olunan nəticələr bizi qane etmədi". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsulov jurnalistlərlə keçirilən görüş zamanı qeyd edib.

O bildirib ki, biz idmançılarımızın potensialından çıxış edərək yüksək nəticələrin olacağına inanırdıq: "Mən öncə qadın idmançılarımız barədə danışmaq istəyirəm. Bilirsiniz ki, çempionatda 4 qadın idmançımız iştirak edirdi. Biz daima kişi yığmasına qarşı göstərdiyimiz diqqət və qayğını eyniylə qadınlardan ibarət yığmamıza da göstəririk. Biz əminik ki qadınlardan ibarət yığmamız gələcəkdə çox yaxşı nəticələr əldə edəcəklər".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə