İngiltərədə mövsümün ən yaxşı futbolçusu adına namizədlər

İngiltərədə mövsümün ən yaxşı futbolçusu adına namizədlər

İngiltərə Premyer Liqasında 2022-2023 mövsümünün ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, siyahıda "Arsenal"dan Bukayo Saka və Martin Edeqor, "Mançester Siti"dən Erlinq Haaland və Kevin De Brüyne, "Mançester Yunayted"dən Markus Reşford, "Tottenhem"dən isə Harri Keyn yer alıb.

Azarkeşlər arasında keçiriləcək səsvermənin nəticələri iyunda açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə