İsrail çempionatında 2022/2023 mövsümünün qalibi müəyyənləşib. SİA xəbər verir ki, "Makkabi" (Hayfa) sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib.
Hayfa təmsilçisi buna səfərdə "Netanya"nı 5:1 hesabı ilə darmadağın etməklə nail olub. Bu qələbə ilə xallarını 78-ə çatdıran komanda ən yaxın izləyicisi "Hapoel"i (Beer-Şeva) 7 xal qabaqlayır.
Qeyd edək ki, bu, "Makkabi"nin ardıcıl 3-cü, ümumilikdə 15-ci çempionluğudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB