“Barselona” futbol klubu İspaniya çempionatının 2022-2023-cü il mövsümünün qalibi olub. Klubun baş məşqçisi Xavi Kataloniya təmsilçisinin sükanı arxasında ilk dəfə ölkə çempionu adını qazanıb. SİA xəbər verir ki, Xavi 2021-ci ilin noyabrından “Barselona”nı çalışdırır. Qırx üç yaşlı ispaniyalı mütəxssis daha əvvəl “Barselona” ilə İspaniya Superkubokuna sahib olub.
Bu, Xavinin baş məşqçi kimi doqquzuncu tituludur. O, digər yeddi mükafatı Qətərin “Əl-Sədd” klubu ilə əldə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB