Stolüstü tennisçilərimiz Bolqarıstanda güclərini sınayacaqlar

Stolüstü tennisçilərimiz Bolqarıstanda güclərini sınayacaqlar

Stolüstü tennisçilərimiz dünya seriyalı növbəti “WTT Youth Contender” turnirində iştirak edəcəklər. Mayın 15-dən 21-dək Bolqarıstanın Panaqyurişte şəhərində keçiriləcək yarışda 11 idmançımız gücünü sınayacaq. SİA Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadla xəbər verir ki, məşqçilər Fərhad İsmayılov, Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Arzu Aslanova, Mərziyyə Nurmətova, Aylin Əsqərova və Yağmur Məmmədli medallar uğrunda mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə