"SƏS" Media Qrupunun təşəbbüsü ilə "Xatirə Kuboku" turniri keçirilir - FOTOLAR
Bu gün “SƏS” Media Qrupunun təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan KİV komandaları arasında keçirilən futzal üzrə “Xatirə Kuboku” turniri keçirilir. SİA xəbər verir ki, qrup oyunlar, 1/4 , 1/2 mərhələ, eləcə də final oyunları 13 iyun tarixinədək hər həftənin şənbə və bazar günlərində təşkil olunacaq. 16 KİV komandası 4 yarımqrupda bir dövrədən ibarət olan dairəvi sistem üzrə yarışacaq. Yarımqruplarda ilk iki yeri tutan komandalar turnirin təqviminə uyğun olaraq ikinci mərhələdə yarışları davam etdirirlər.
Qeyd edək ki, turnirin ilk günü “SƏS” MQ ilə Xalq qəzeti, ARB TV ilə Trend İA, ATV ilə “İki sahil” qəzeti, "Futbol+”qəzeti ilə İdmanxəbər.az mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB