Avropa Liqası: Yarımfinal mərhələsinə İtaliyada start veriləcək

Avropa Liqası: Yarımfinal mərhələsinə İtaliyada start veriləcək

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək. SİA-nın məlumatına görə, raundun hər iki qarşılaşması eyni gündə keçiriləcək.

İtaliyada baş tutacaq matçlarda "Yuventus" İspaniya "Sevilya"sını, "Roma" isə Almaniyanın "Bayer" klubunu qəbul edəcək. Görüşlər Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandalar arasında cavab oyunları mayın 18-də olacaq.

UEFA Avropa Liqası
Yarımfinal, ilk oyunlar
11 may

23:00. "Yuventus" (İtaliya) - "Sevilya" (İspaniya)
Baş hakim: Daniel Zibert (Almaniya)
Turin, "Yuventus" stadionu

23:00. "Roma" (İtaliya) - "Bayer" (Almaniya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Roma, Olimpiya Stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə