UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. SİA-nın məlumatına görə, bu raundun ikinci matçında İtaliya "Milan"ı eyni şəhərin digər təmsilçisi "İnter"i qəbul edib. "San Siro" stadionundakı görüş nominal qonaqların qələbəsi ilə başa çatıb.
Hesabı 8-ci dəqiqədə Edin Ceko açıb. Cəmi 3 dəqiqə sonra Henrix Mxitaryan ikinci topun meydan sahiblərinin qapısından keçirib. 31-ci dəqiqədə Milanın eyniadlı təmsilçisinin qapısına penalti təyin edən matçın baş hakimi Xesus Hil Mansano VAR-a baxdıqdan sonra qərarını ləğv edib.
Komandalar arasında cavab qarşılaşması mayın 16-da olacaq.
UEFA Çempionlar Liqası, yarımfinal
İlk oyun
5 may
23:00. "Milan" (İtaliya) - "İnter" (İtaliya) - 0:2
Qollar: Edin Ceko, 8. Henrix Mxitaryan, 11
Baş hakim: Xesus Xil Mansano (İspaniya)
Milan, "San Siro" stadionu
Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniya "Real Madrid"i evdə İngiltərənin "Mançester Siti" klubu ilə 1:1 hesablı heç-heçə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB