"Real” yayda yenidən Kilian Mbappeni PSJ-dən transfer etmək istəyəcək.
SİA-nın əldə etdiyi məlumata görə, Madrid klubu onu Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cud Bellinqemlə birlikdə heyətinə qatmağı planlaşdırır.
İspaniya təmsilçisi iki keçiddə istəyinə çatsa, yay transfer pəncərəsi onlar üçün rekord xərcləmə mövsümü ola bilər.
“Real” Lionel Messi və Neymarın mümkün gedişi ilə əlaqədar PSJ-də yaranmış qeyri-müəyyən vəziyyətdən, həmçinin Mbappenin azarkeşlər üçün çəkdiyi videoya görə klubla münaqişəsindən istifadə edərək onu transferə razı salmağa çalışır.
Qeyd edək ki, “Real” mövsümün əvvəlində Mbappeni almağa çox yaxın olsa da, keçid son anda baş tutmamışdı.
Kilianın parislilərlə müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB