Serxio Busketsin yerinə kapitan Sergi Roberto olacaq

Serxio Busketsin yerinə kapitan Sergi Roberto olacaq

“Barselona”nın Serxio Busketsin yerinə yeni kapitanı vəzifəsinə namizədlər məlum olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “As” xəbər verir.

Beləliklə, komandanın kapitanı Sergi Roberto olacaq. Onun və Busketsdən başqa, Kataloniya klubunun 2022/2023 mövsümündə dörd kapitanı arasında Mark-Andre ter Stegen və Jordi Alba da var idi ki, onlar da tezliklə “Barselona”nı tərk edə bilərlər. Kvartetin tərkibini Robert Levandovski və Ronald Araujo doldura bilər.

Qeyd edildiyi kimi, mayın 10-da kataloniyalılar Busketsin mövsümün sonunda ayrılacağını açıqlayıb. Klub yarımmüdafiəçinin bu qərarı təkbaşına verdiyini vurğulayıb. “Barselona”da oynamaq mənim üçün şərəf idi, amma hər şeyin sonu var”. Serxio Buskets deyib bunu.

Onu da qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçi “Barselona”nın yetirməsidir. O, 2008-ci ildə “mavi qranat”ın əsas heyətində debüt edib və o vaxtdan bu klubda 718 oyun keçirib ki, bu da komandanın tarixində üçüncü ən yüksək göstəricidir. Busketsin İspaniya çempionatında səkkiz, Çempionlar Liqasında üç qələbəsi var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə