Baş nazir Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb

Baş nazir Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb

Baş nazir Əli Əsədov Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda ilə görüşüb. Azərbaycan Minifutbol Federasiyasından (AMF) SİA-ya verilən məlumata görə, görüşdə gənclər və idman naziri Fərid Qayıbov, AMF-nin fəxri-prezidenti Orxan Məmmədov da iştirak ediblər.

Söhbət zamanı Bakıda keçirilmiş Beynəlxalq Minifutbol Turniri, eləcə də, Azərbaycanda bu idman növünün inkişafı müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə