"Sabah" – "Beşiktaş" oyununa nə qədər bilet satılıb?

"Sabah" – "Beşiktaş" oyununa nə qədər bilet satılıb?

Mayın 13-də Bakıda keçiriləcək “Sabah” – “Beşiktaş” oyununa bilet satışı davam edir. SİA Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq bu oyun üçün 10 min bilet satılıb.

Biletləri iticket.az saytından və “Iticket.az”-ın satış məntəqələrindən, həmçinin Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür. Biletlərin qiyməti 5, 10, 15, 20, 50, 70 və 300 manatdır.

Mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” oyununa saat 18:00-da start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə