Kərim Benzema karyerasında 33-cü kubokunu qazanıb

Kərim Benzema karyerasında 33-cü kubokunu qazanıb

“Real Madrid”in hücumçusu Kərim Benzema İspaniya Kubokunu qazanaraq karyerasında 33-cü kubokunu qazanıb. SİA xəbər verir ki, bu barədə “Chroniques Bleues” məlumat yayıb.

Hücumçu karyerası ərzində “Real Madrid”lə 25, “Lion”la 7, Fransa millisi ilə 1 titul qazanıb.

Bununla da Benzema tarixin ən çox mükafat alan fransız futbolçusu olub.

Qeyd edək ki, “Real Madrid” İspaniya Kubokunun finalında “Osasuna”nı 2:1 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə