Beynəlxalq Minifutbol Turnirinin mükafatçıları müəyyənləşib

Beynəlxalq Minifutbol Turnirinin mükafatçıları müəyyənləşib

Bakıda ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirinin mükafatçıları müəyyənləşib. SİA-nın məlumatına görə, bu gün keçirilən final və üçüncü yer uğrunda oyunla yarışa yekun vurulub.

Azərbaycan millisi bürünc medal uğrunda matçda Qazaxıstan kollektivi ilə üz-üzə gəlib. 2:2 hesabı ilə başa çatan oyunun penaltilər seriyasında daha dəqiq olan Qazaxıstan bürünc medala yiyələnib. Elşad Quliyevin yetirmələri isə turniri 4-cü pillədə başa vurublar.

Finalda Serbiya və Çexiya seçmələri münasibətlərə aydınlıq gətiriblər. Çexiyalılar rəqibi minimal fərqlə (4:3) məğlub edərək, beynəlxalq turnirin qalibi olublar. Serbiya komandası isə gümüş mükafata yiyələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə