Andres İnyesta yayda Yaponiyanın “Vissel Kobe” klubunu tərk edəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya millisinin və “Barselona”nın keçmiş yarımmüdafiəçisi az oynamasından narazıdır. O, bu mövsüm dörd matçda cəmi 59 dəqiqə meydanda olub.
39 yaşlı futbolçu karyerasını bitirmək fikrində deyil. O, daha çox oynayacağı kluba keçmək istəyir.
İnyesta 2018-ci ildən “Vissel Kobe”də çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB