“Real Madrid” ilk dəfə Kral Kubokunun finalında 10 əcnəbi futbolçu ilə çıxış edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, Madrid klubu "Osasuna" ilə həlledici oyunda qarşılaşacaq.
Karlo Ançelotti start heyətində yalnız bir ispaniyalı - müdafiəçi Daniel Karvaxalı daxil edib.
Beləliklə, turnir tarixində ilk dəfə olaraq komandalardan birinin meydançasına eyni vaxtda 10 qonaq çıxacaq. Bunlar Tibo Kurtua, David Alaba, Eder Militao, Eduardo Kamavinqa, Toni Kroos, Federiko Valverde, Aurelien Tchouameni, Vinisius Junior, Rodriqo Qoes və Kərim Benzema olacaq.
Müəllif: Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB