Minifutbol üzrə Azərbaycan millisi Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirdə dördüncü olub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan millisi üçüncü yer uğrunda oyunda Qazaxıstan kollektivi ilə üz-üzə gəlib.
Gərgin idman mübarizəsi şəraitində keçən oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib penalti seriyasında bəlli olub. Zərbələri daha dəqiq yerinə yetirən Qazaxıstan millisi qələbə qazanıb - 4:3.
Finalda Serbiya və Çexiya seçmələri qarşılaşacaq. Matç saat 20:30-da start götürəcək.
Qeyd edək ki, millimiz qrup mərhələsində Çexiya və Serbiya seçmələri ilə qolsuz heç-heçə edib, İtaliya və Gürcüstan yığmalarını 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Pley-off mərhələsinə yüksələn yığmamız Fransaya 3:2 hesabı ilə qalib gəlib. Yarımfinalda Serbiya yığmasına məğlub olan (2:3) komandamız üçüncü yer uğrunda görüşdə Qazaxıstana uduzub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB