Göygöldə cüdo üzrə Avropa Kuboku turniri start götürüb

Göygöldə cüdo üzrə Avropa Kuboku turniri start götürüb

Göygöldə keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turnirinə start verilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, turnirin ilk günü qızların yarışında -40, 44, 48 və -52, oğlanların yarışında isə -50, -55, 60 və -66 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, iki gün ərzində 18 ölkədən 268 cüdoçu tatamiyə çıxaraq medallar uğrunda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə