Bu arada Kataloniya “Barselona”sı gələn yay satmağa hazırlaşdığı futbolçuların siyahısını hazırlayıb. SİA-nın əldə etdiyi məlumata görə, qısa siyahıya yarımmüdafiəçilər Frank Kessi və Rafinya Diaz, müdafiəçilər Markos Alonso və Erik Qarsiya və ötən qış 55 milyon avroya kluba keçən hücumçu Ferran Torres daxildir.
Yerli jurnalist Fernando Polonun fikrincə, “Barselona” maliyyə vəziyyətini sabitləşdirmək və yeni futbolçular almaq üçün yayda bu futbolçulardan qurtula bilər.
O da maraqlıdır ki, “Barselona” da Ansu Fatinin də satılmasının əleyhinə olmasa da, lakin klubun yetirməsi “Kamp Nou”nu tərk etməkdən qəti şəkildə imtina edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB