"Sabah" pley-off seriyasındakı ilk qələbəsini qazanıb

"Sabah" pley-off seriyasındakı ilk qələbəsini qazanıb

Mayın 5-də "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsinə start verilib.

SİA-nın əldə etdiyi məlumata görə, yarımfinal seriyasının ilk oyununda "Sabah" və "AAAF Xırdalan" komandaları qarşılaşıblar. Oyuna sürətli başlayan "Sabah" basketbolçuları yekunda 86-71 hesablı qələbə qazanıblar. Bu qələbə ilə "Sabah" seriyada 1-0 önə keçib.

Yarımfinal seriyasının ikinci oyunu mayın 8-da keçiriləcək.

Ən məhsuldar basketbolçular "Sabah BK"-dan Entoni Patti (19 xal, 12 ribaund), "AAAF Xırdalan BK"dan Deymon Makdouel (26 xal, 9 asist) olub.

Qeyd edək ki, pley-off mərhələsində ikinci yarımfinal seriyasının ilk oyunu ("NTD" - "Gəncə") mayın 6-sı saat 19.30-da "Sərhədçi" İdman Mərkəzində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə