Millimiz yarımfinalda uduzdu

Bakıda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mini-futbol üzrə beynəlxalq turnir davam edir.

SİA Qol.az-a istinadən xəbər verir ki, Azərbaycan yığması yarımfinalda Serbiya ilə qarşılaşıb və 2:3 hesabı ilə uduzub.

Beləliklə, millimiz 3-cü yer uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, yarımfinalın Qazaxıstan - Çexiya matçı saat 21:30-da başlayacaq. Millimiz bu oyunun məğlubu ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə