PSJ-nin hücumçusu Lionel Messi mövsüm başa çatmamış ilk rəsmi təklifini alıb.
Messiyə rekord təklif

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Messinin karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək ehtimalı gün keçdikcə artır.

Çünki “Əl-Hilal” Argentina millisinin kapitanına rəsmi müqavilə təklifi edib. Səudiyyə Ərəbistanının turizm üzrə səfiri olan Leo təklifi qəbul etsə, fantastik məbləğdə gəlir əldə edəcək. Ancaq onun üçün prioritet “Barselona”ya qayıtmaqdı. Bu variant baş tutmasa, o zaman “Əl-Hilal”ın təklifi nəzərə alınacaq.

Qeyd edək ki, Lionel Messi PSJ rəhbərliyindən icazəsiz Səudiyyə Ərəbistanına getdiyindən, əsas komandadan uzaqlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə