Azərbaycan millisi Avropa çempionatına hazırlığı davam etdirir

Azərbaycan millisi Avropa çempionatına hazırlığı davam etdirir

Həndbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı davam etdirir. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən SİA-ya bildiriblər ki, hazırda Tbilisidə təlim-məşq toplanışında olan komandamız gürcüstanlı həmyaşıdları ilə yoxlama matçında qüvvəsini sınayıb. Qarşılaşma həndbolçularımızın 31:15 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 17 yaşadək qızların Avropa çempionatı avqustun 5-dən 13-dək Bakıda keçiriləcək. Millimiz "A" qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə