Millimiz ikinci oyunda da Türkiyəyə məğlub oldu

Millimiz ikinci oyunda da Türkiyəyə məğlub oldu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün növbəti oyununu keçirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, Türkiyə millisinə qarşı oyun 4:2 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnib.

Millimizin heyətində Elşad Manafov və Orxan Məmmədov fərqlənib. Bu komandalar arasında növbəti oyun sabah – mayın 5-də keçiriləcək. İlk qarşılaşmada isə Türkiyə yığması 4:3 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə